AKİ də böhran dərinləşir: İdarə Heyəti təcili iclasa toplanır

27.07.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) yeni bəyanat yayıb.

“Yeni Sabah” xəbər verir ki, bəyanatda AKİ-də yaranmış böhran vəziyyəti və sədr seçimi ilə bağlı konfransın tarixini müəyyənləşdirmək üçün iclas keçiriləcəyi bildirilib:

“Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvlərinin nəzərinə! pizza

Azərbaycan Kinematoqrafçılar İttifaqının düşdüyü böhran vəziyyətin müzakirəsi və Konfransın keçirilmə tarixinin təyin edilməsi üçün İdarə Heyətinin iclası 2026-cı il, 30 iyul saat 15:00-da AKİ-də keçiriləcək. Ünvan: Bülbül prospekti 30”.

Xatırlada ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) sentyabr ayında növbədənkənar qurultay keçirəcək. Buna səbəb mayın 26-da keçirilən qurultayda qəbul olunan qərarların Ədliyyə Nazirliyində təsdiqlənməyib.

Aydan Hacı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью