AKİ nin konfransı keçiriləcək, sədr seçiləcək

10.09.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Sentyabrın 11-də Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) konfransı keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, konfrans saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq. 

Konfransda yeni sədrin seçilməsi gözlənilir. 

Qeyd edək ki, AKİ-nin əvvəlki sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da keçirilən seçki konfransında isə yetərsay olmadığından nəticələr qeydə alınmayıb.   

Hazırda sədrin səlahiyyətlərini Xalq artisti Şəfiqə Məmmədova icra edir. O, qarşıdakı konfransda sədrliyə vahid namizəd kimi təsdiqlənib. 

Murad İsmayıl 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью