AKİ nin sədrliyinə seçki konfransının keçiriləcəyi tarix və bir namizəd məlum olub

28.08.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, seçki konfransı sentyabrın 11-i keçiriləcək.

Məlumata görə, hələlik yalnız AKİ-nin sədr səlahiyyətlərini müvəqqəti icra edən, İttifaqın birinci katibi, Xalq artisti Şəfiqə Məmmədovanın namizədliyi məlumdur.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da isə Azərbaycan Kinematoqrafçılar İttifaqının seçki konfransı keçirilib. Konfrans iştirakçıları yetərsay olmadığından həmin konfrans və onun nəticəsi qeydə alınmayıb. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir. Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini də vurğulayıb, sədrliyə namizədliyini geri çəkib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью