AKİA 2500 ə yaxın aqrar texnikanın satışını maliyyələşdirib

19.05.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin ilk rübündə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 2 480 kənd təsərrüfatı texnikası və avadanlıqlarının satışı maliyyələşdirilib.

Bu barədə Avtosfer.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, satışı maliyyələşdirilən texnikalar arasında 10 taxılyığan kombayn, 613 traktor, 1 857 digər texnika və avadanlıqlar var.

Qeyd edək ki, kənd təsərrüfatı texnikasının satışı dövlət tərəfindən subsidiyalaşdırılır. Fermerlər gömrük dəyərinin 20%-i həcmində ilkin ödəniş etməklə kənd təsərrüfatı texnikası və avadanlıqlarına sahib ola bilər. Texnikanın dəyərinin qalan 40%-i AKİA tərəfindən ödənilir, digər 40% isə banklar tərəfindən 60 ay müddətinə kreditləşdirilir. Kreditin əsas hissəsini fermer, faizini isə AKİA ödəyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью