Akif Aşırlı: Qəzetlər öz varlıqlarını qorumalıdırlar

07.11.2025

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial medianın inkişafı və informasiya axınının sürətlənməsi klassik medianın mövqeyinə təsir etsə də, qəzetlər öz varlıqlarını qorumalıdırlar.

"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, bunu "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, qəzetlər həm də milli informasiya tarixinin dayağıdır:

"Bu gün Azərbaycan mətbuatı ilə bağlı müzakirələr aparılır. Düşünürəm ki, klassik media ənənələri, qəzetlər yaşamalıdır. Çünki qəzetlər təkcə informasiya vasitəsi deyil, həm də düşüncə mədəniyyətidir. Bəzən oxucu auditoriyası azalsa da, bu nəşrlər milli informasiya tariximizin əsas dayaqlarıdır".

Baş redaktor vurğulayıb ki, qəzetlərin yaşadılması və onların fəaliyyətinin dəstəklənməsi üçün yeni yanaşmalar tapılmalıdır.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью