Akif Aşırlı Türk Ocaqlarının 47 ci Böyük Qurultayında çıxış edib

21.04.2025

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Dünən Ankarada Türk Ocaqlarının tarixi binasında Türk Ocaqlarının 47 - ci Böyük Qurultayı keçirilib. 287 nəfərin qatıldığı tədbirdə təşkilatın mərkəzi qərargahına yeni seçkilər keçrilib, yeni idarə heyyəti formalaşıb. 

Qurultaya dəvətli olan  Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı sherg.az-a bildirib ki, açıq səsvermənin nətiçəsinə görə, professor Mehmet Öz yenidən Türk Ocaqları Genəl başqanı kimi fəliyətini davam etdirəcək:  




 

"Azərbaycan Türk Ocağının sədri  kimi qurultayın işinə qatılıb, qısa bir çıxış etdim, Türkiyə daxilində fəaliyyət göstərən 97 ocaq şöbəsinin bu il Azərbaycanla bağlı toplantı, simpozium və konfranslarında üç məsələyə diqqət yönəltməyi riça  etdim. Birinçisi, Güney Azərbaycan məsələsi, ikinçisi, Birinçi Bakı Türkoloji qurultayının növbəti il 100 ili və  Rusiya Türkləri içərisində ilk dəfə anadilli mətbuatın 150 ilinin tamamı."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью