Akif Beybutov vəfat etdi

28.10.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dağıstan Vəkillər Palatasının prezidenti, Rusiya Federal Vəkillər Palatasının (FPA) vitse-prezidenti Akif Beybutov vəfat edib.

Modern.az-ın xəbərinə görə, bu barədə Rusiya Federal Vəkillər Palatasının Telegram kanalında məlumat verilib.

Akif Beybutov 60 yaşında dünyasını dəyişib.

O, 1966-cı ildə Azərbaycanın Qusar şəhərində anadan olub.

2011-ci ilin dekabrında Dağıstan Vəkillər Palatasının vitse-prezidenti, 2014-cü ilin noyabrında isə prezidenti seçilib.

2022-ci ildən Rusiya Federal Vəkillər Palatasının vitse-prezidenti vəzifəsində çalışıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью