Gununsesi saytına istinadən Icma.az xəbər verir. AMEA-nın keçmiş prezidenti, akademik Akif Əlizadə Mir Mövsüm Ağanın cəddinə inandığını belə
Sabah Amerikaya uçmalıyam. Pirşağıda bağda hovuz düzəltmişəm. Hovuza düşmək üçün usta deyib nerjoveyka pilləkən lazımdır.
Bir aydır axtarıram. Hara özümü vururam, tapa bilmirəm. Usta da tələsdirir, narahatam ki, işim qalacaq.
Sürücüyə dedim, sür Sabunçuya, orada bir təsərrüfat mağazası var, ora baxaq.
Seyid, təsərrüfat mağazasına çatar-çatmaz gördüm, orada dörd dənə mən istəyən nerjaveyka.
Dördü də bir-birinin yanında qoyulub, gəl apar… Cəddini çağırmışdım! Kömək elədi.
Aldım apardım, ustaya verdim, mən gəlincə Amerikadan, düzəltdi qoydu yerinə… Ona mən çox inanıram.
Elə insanlar Allah tərəfindən vasitəçi, korrespondent kimi yaradılır.” Akif Əlizadə AMEA-nın prezidenti olduğu vaxtlarda alimlərə düşən evləri qahmarlayanda da yəqin ki, Ağanın cəddinə and içib.