Akif Nağı Səidə Bəkirqızını təhqir etdi “Səidə adında bir erməni...”

01.02.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azad Vətən Partiyasının sədri Akif Nağı teleaparıcı və bloger Səidə Bəkirqızını təhqir edib. 

Akif Nağı sosial şəbəkə hesabında "Səidə haqqında bir neçə kəlmə" başlıqlı paylaşım edib. 

Partiya sədri yazıb: 

"Səidə adında bir erməni... xeyli vaxtı ki , sosial şəbəkələri zəbt edib, məcburi köçkünlərin ünvanına iftiralar yağdırır. Hesab edirəm ki , o, ermənidi və erməni xüsusi xidmət orqanları tərəfindən azərbaycanlı adı ilə hazırlanıb, ölkəmizə göndərilib, ermənilər bu metoddan bizə qarşı həmişə istifadə ediblər ya da sonradan burada ələ alıblar, yəni "verbovka" ediblər. Onu ələ alanların məqsədi Azərbaycanda qarşıdurma və xaos yaratmaqdı. 

Hər kəs bilir ki, məcburi köçkünlər bu dəqiqə ayaqyalın öz yurduna getməyə hazırdı, amma köç dövlət proqramı əsasında mərhələlərlə həyata keçirilir. Bunu bu ... da bilirir, amma bilərəkdən yalan danışır. Çünki o və züy tutanları həm erməni xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirir, həm də sosial şəbəkələrin qaydalarına uyğun olaraq yaxşı pul qazanırlar. Ona görə də hər kəsdən xahiş edirəm bu ... yazı və çıxışlarını açmayasınız, rəy yazmayasınız. Xüsusi xidmət orqanlarından isə xahiş edirəm bunun ermənilərlə əlaqələrini araşdırsınlar. Əminəm ki, dediklərim yerini alacaq".

Partiya sədrinin yazdığı statusda təhqir sayılan ifadələri ixtisar edib yerinə .. qoymağa məcbur olduq./Yeni Sabah

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью