Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 9 oktyabr, AZƏRTAC
Son dəfə aparılan tədqiqatlar nəticəsində 16 nəfərə aid qalıqlar tərəfimizdən aşkarlanaraq götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib. Onlardan 15 nəfərə aid qalıqlar Ağdərə, 1 nəfərə aid qalıqlar isə Kəlbəcər rayonunda aşkarlanıb.
Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev deyib.
Şöbə müdiri hazırda tədqiqatların davam etdiyini də diqqətə çatdırıb.