Akif Quliyev: Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb

08.10.2026

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb.

AZXEBER.COM xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneldə bildirib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə aparılan tədqiqatlar zamanı bu günədək 1000-ə yaxın insanın sümüyü aşkarlanıb:

"Hazırda onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər gedir. Hətta tədqiqat işləri zamanı kütləvi məzarlıqlarla yanaşı, tək-tük insan qalıqlarına da rast gəlinir. Əslində, demək olar ki, hissə-hissə insan qalıqları aşkarlayırıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью