Akif Quluzadə yenidən rinqə çıxır Döyüş Banqkokda olacaq

01.09.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanlı kikboksinq və muay-tay döyüşçüsü Akif “King” Quluzadə növbəti qarşılaşmasına çıxacaq.

Apasport.az xəbər verir ki, təmsilçimiz ONE FC turniri çərçivəsində qüvvəsini sınayacaq.

Quluzadənin rəqibi Ferrari Fairtex olacaq. Yüngül çəki dərəcəsində keçiriləcək döyüş sentyabrın 4-də Tailandın paytaxtı Banqkokdakı “Lumpinee Stadium”da baş tutacaq.

Akif Quluzadə indiyədək ONE FC-də 6 döyüş keçirib. Azərbaycanlı idmançı bu qarşılaşmaların 5-də qələbə qazanıb, yalnız birində məğlub olub.

Qeyd edək ki, Quluzadə Ordu İdman Klubunun üzvüdür.

Kikboksinq üzrə Azərbaycan çempionu olan 17 yaşlı qız Kürdə batıb Tofiq Musayevdən UFC-də ikinci qələbə - YENİLƏNİB Makqreqor UFC döyüşünün vaxtını açıqladı – “Son rəqs” 2027-ci ildə Du Plessi Usmanı məğlub etdi Hollouey Makqreqorun dönüşünü korladı - İlk raundda texniki nokaut
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью