Akif Quluzadənin növbəti döyüşü

11.04.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanlı Muay Tay döyüşçüsü Akif Quluzadə may ayında keçiriləcək “ONE Championship”iin aylıq döyüş seriyası olan “ONE Fight Nights”da - Döyüş Gecəsində debüt etməyə hazırlaşır.

Bu haqda QOL.az saytına Dünya Döyüş Sənətləri Təşkilatı - “ONE Championship”dən bildirilib.

Quluzadə mayın 3-ü şənbə günü səhər saatlarında baş tutacaq döyüşdə flayveyt (uçan çəki) kateqoriyasında ABŞ idmançısı Şon Klimako (Sean Climaco) ilə qarşılaşacaq.

19 yaşlı idmançı, ONE Championship-in həftəlik döyüş seriyası olan ONE Friday Fights-da üç böyük qələbə qazanıb. Son iki rəqibini şəkildə məğlub edən Quluzadə ümumi peşəkar rekordunu 18-2-yə çatdırıb.

Növbəti döyüşündə o, son olaraq Dieqo Paezi məğlub edən Klimako ilə üz-üzə gələcək. 30 yaşlı amerikalı, ONE təşkilatındakı nəticəsini 2-1-ə yüksəltmək və ümumi peşəkar rekordunu (hazırda 12-3) daha da yaxşılaşdırmaq niyyətindədir.

“ONE Fight Night 31” mayın 3-ü şənbə günü Bakı vaxtı ilə saat 04:00-da (başlayacaq və beIN SPORTS və ya watch.onefc.com vasitəsilə canlı yayımlanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью