AKINÇI artıq Gürcüstandadır: Qəza yerində nəyi araşdırır?

11.11.2025

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Türkiyənin Akıncı PUA-sı və xilasedici birlikləri Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin qəza ərazisində çalışırlar.

Bakupost.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Bildirilib ki, Akıncı PUA-sının göndərilməsinin səbəbi səmada təyyarə ilə toqquşa biləcək mümkün maneələrin olub-olmaması, o cümlədən o ərazini tam öyrənməkdir.

Akıncı PUA-sının göndərilməsinin əsas səbəblərindən biri C-130-un qəzaya uğramazdan öncə quyruq hissəsinin qopmasıdır. Quyruq hissənin daxildə yükün qəfildən açılması, yaxud hər hansı daxili qəza, yoxsa xarici təmas olduğu araşdırılır.

Asena,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью