Akinyemi “Neftçi”nin hədəfini açıqladı: “İnamımız böyükdür”

02.11.2026

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Çox xoşbəxtəm, çox sevinirəm". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Adeleke Akinyemi deyib.
Hücumçu səfərdə "Şamaxı"ya 3:2 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının X turunun oyunundan sonra fikirlərini bölüşüb:
"Meydanda əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Çempionatın əvvəlindən hər matçda qələbə haqqında düşünürük. İnamımız böyükdür. İnşAllah, çempionluğa nail olacağıq".
Forvard Şamaxıdakı qarşılaşmanın çətin keçdiyini də vurğulayıb:
"Bəzən futbolda belə olur. Çətinliklərlə üzləşirsən. Amma sonadək inanırıq. Əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, ötən gün səfərdə "Şamaxı"nı məğlub etməklə xallarının sayını 21-ə çatdıran "Neftçi" turnir cədvəlində 1-ci pilləsinə yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью