Akkumulyatorların utilizasiyasında yeni üsul

04.12.2024

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BMW Group Almaniyada akkumulyatorların “birbaşa təkrar emalı” üçün zavod inşa edir. 

Avtosfer.az xəbər verir ki, zavodda iş metodunun sadə olması nəzərdə tutulur. Ömrünü başa vurmuş akkumulyatordan çıxan faydalı materiallar yerindəcə yeni məhsul istehsalına yönəldiləcək. Zavodda avadanlığın montajı gələn ilin sonuna nəzərdə tutulub. 

Faydalı məhsullara gəlincə, akkumulyatorlarda tipindən asılı olaraq qurğuşun, manqan, litium, kobalt, mis və digər metallar olur. Bu metallar onun maya dəyərinin formalaşmasında əsas rol oynayır. Almanlar bu yolla həm ekologiyanı qorumaq, həm də əlavə xammal mənbəyi yaratmaq istəyirlər. layihənin dəyəri 10 milyon avrodur ki, bu da belə böyük layihə üçün ciddi vəsait hesab edilmir.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью