Akkumulyatorun şişməsi təhlükəlidirmi?

19.12.2024

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir çox sürücü avtomobil akkumulyatorunun şişməsinin şahidi olub. Əksəriyyət belə fikirdədir ki, şişmə akkumulyatorun keyfiyyətsizliyini göstərir. Bu fikir nə dərəcədə doğrudur?  

Avtosfer.az xəbər verir ki, istehsalın son mərhələsində akkumulyatorlarda intensiv doldurulma aparılır. Burada yeganə məqsəd istismar parametrlərini artırmaqdır. Bu zaman batareyada daxili təzyiq və temperatur yüksəldiyi üçün genişlənmə baş verir. Bu, normal texniki prosesdir və batareya 6 millimerədək genişlənə və/və ya sıxıla bilər. Belə hallarda narahatlıq keçirməyə dəyməz. 

Əgər genişlənmə çox böyük ölçüdədirsə, o zaman mütləq servisə müraciət edilməlidir.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью