Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Akkuyu AES-dən Türkiyəyə ilk elektrik enerjisi 2027-ci ildə veriləcək.
Turkustan.az xəbər verir ki, “Rosatom”un baş direktoru Aleksey Lixaçev stansiyanın birinci enerji blokunda işlərin irəlilədiyini və ilk reaktora nüvə yanacağının yüklənməsinə çox tezliklə başlanacağını bildirib.
Lixaçev bu barədə Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP31) çərçivəsində təşkil olunan “Dünya Nüvə Günləri” tədbirində çıxışı zamanı danışıb.
O, Akkuyu Atom Elektrik Stansiyasında (AES) hazırlıq işləri, layihə iştirakçıları arasında aparılan danışıqlar və yeni əməkdaşlıq imkanları barədə də fikirlərini bölüşüb.
“Gələn il nüvə enerjisindən istehsal olunan ilk kilovat-saat elektrik enerjisinin Türkiyənin elektrik şəbəkəsinə veriləcəyi il olacaq”, – deyə Lixaçev bildirib.
Aytən Yaşar/Turkustan.az