Akkuyu AESində növbəti reaktor quraşdırılıb

31.12.2024

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə tikilməkdə olan ilk atom elektrik stansiyası "Akkuyu" AES-in üçüncü enerji blokunda reaktor quraşdırılıb.

Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Rosatom"un törəmə müəssisəsi "Akkuyu Nükleer" şirkəti məlumat yayıb.

Bundan başqa, AES-in ikinci bloku da nüvə yanacağı ilə təmin olunub.

Qeyd edək ki, "Akkuyu" AES hər birinin gücü 1200 MVt olacaq 4 enerji blokundan ibarət olacaq. Stansiyanın birinci blokunun 2025-ci ilin iyulunda işə salınması gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью