AKP Öcalanla görüşə müsbət yanaşır

20.11.2025

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

İmralı həbsxanasında görüşə partiya olaraq müsbət yanaşırıq. 

"Yeni Sabah" TRT-yə istinadla xəbər verir ki, bunu hakim AKP-nin (Ədalət və İnkişaf Partiyası) parlament qrupunun rəhbəri Abdullah Güler bildirib.

Onun sözlərinə görə, AKP olaraq MHP ilə birlikdə görüşü həyata keçirəcək şəxsin kimliyi hələ dəqiqləşməyib, müzakirələrdənb sonra dəyərləndiriləcək.

Xatırladaq ki, İmralı həbsxanasında PKK lideri Abdullah Öcalanla görüş təklifini MHP lideri Dövlət Bahçeli irəli sürüb.

Türkiyə Prezidenti Ərdoğan təklif barədə sualı cavabsız qoyub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью