AKP sözçüsü: Bölgədə bəzi dövlətlərin təxribat cəhdlərinin qarşısı alınacaq

03.03.2025

Icma.az bildirir, Missiya.az portalına istinadən.

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın tərəfdarlarına çağırışı ilə bağlı hansısa bazarlıq və ya təqib ehtimalı müzakirə mövzusu deyil.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə Suriya və İraqda terror təhdidinin olmasını istəmir.

"Qəbul edilmiş prinsiplər çox aydın və birmənalıdır. Bunlar silahların yerə qoyulması, terror təşkilatlarının ləğv olunmasıdır. Əsas məqsədimiz PKK, PYD,  YPG terror təşkilatlarının bölgədə sabitliyi pozmasına yol verilməməsidir”.

Ö.Çelik qeyd edib ki, rəsmi Ankara prosesi diqqətlə izləyir: “Diqqətli olmalıyıq. Bölgədə terrora son qoymaq üçün bəzi dövlətlərin təxribat cəhdlərinin qarşısı alınacaq”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью