Akrobatların Lüksemburqda podium məşqləri FOTOLAR

10.04.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Bu gün Lüksemburqda Avropa yaş qrupları üzrə akrobatika yarışları başlayır.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması yarış öncəsi podium məşqinə çıxıb.

Ölkəmiz qadınların qrup yarışlarında təmsil olunacaq. Birinci komandada Aydan Bayramova, Zeynəb Yusifova və Nəzrin Kazımzadə, ikincidə isə Ceyla Əlizadə, Qəşəng Ağamoğlanlı və Dinara İbadova yer alacaqlar.

Qeyd edək ki, yaş qrupları üzrə yarışlar akrobatika üzrə Avropa çempionatı ərəfəsində keçirilir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью