Aksel Disasi Aston Villada qala bilər

11.03.2025

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Qış transfer pəncərəsində icarə əsasında "Çelsi"dən "Aston Villa"ya keçən 27 yaşlı mərkəz müdafiəçisi Aksel Disasi tez bir zamanda özünü doğruldub.

"Operativ Məlumat Mərkəzi-OMM" "Foot Mercato"ya istinadən xəbər verir ki, "Aston Villa" cari mövsüm bitdikdən sonra mərkəz müdafiəçisini öz sıralarında saxlamaq istəyir.

"Çelsi" ilə müqavilədə satın alma variantı da nəzərdə tutulmayıb.

Bu mövsüm müdafiəçi "Aston Villa"nın heyətində bütün turnirlərdə 5 oyun keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью