Akşenerdən vitse prezidentlik iddialarına REAKSİYA

24.01.2025

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İYİ Partiyanın sabiq sədri Meral Akşener Türkiyənin vitse-prezidenti olacağı iddialarına cavab verib.

“Cebheinfo.az” xəbər verir ki, siyasətçinin müşaviri sözügedən iddiaları təkzib edib.

Akeşnerin müşavini “Euronews”a açıqlamasında xəbərləri dezinformasiya adlandırıb:

“Meral Akşenerin vitse-prezident olacağı iddialarının yanlış olduğunu demirəm, çünki tamamilə yalandır. O, aktiv siyasətdən gedib. Bundan başqa, Akşenerin gələcəyə yönəlik hansısa siyasi planları yoxdur. Belə bir gündəmimiz də mövcud deyil”.

Xatırladaq ki, 2 gün əvvəl tanınmış jurnalist Fatih Portakal “Sözcü” telekanalının efirində Meral Akşenerin mart ayında ölkənin vitse-prezidenti olacağını iddia etmişdi.

Elmir Mustafa
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью