Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Meral Akşenerin sədrlikdən istefasından sonra İYİ Partiya ətrafında baş verənlər böyük maraq doğurur.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İYİ Partiyasının keçmiş sədr müavini və son qurultayda sədrliyə namizəd olan Mehmet Tolqa Akalın Meral Akşenerin istefası və partiya ətrafında yaşananlarla bağlı sensasiyalı açıqlamalar verib.
O, Halk TV-nin canlı yayımındakı müsahibəsində deyib ki, ötən ilin 31 mart prezident seçkiləri gecəsi məğlubiyyətdən sonra İYİ Partiyasının o zamankı sədri Meral Akşener istefaya hazırlaşıb: "Mətləbə keçmədən əvvəl deyim ki, Prezident Ərdoğanın siyasi uğurunun əsası onun müxalifətini yaratma bacarığından irəli gəlir.
Meral Akşener də belə müxaliflərdən olub. O, artıq siyasətçi olmaq hüququna da malik deyil.
Meral Akşener martın 31-nə keçən gecə istefa verməli idi. Bu barədə mətbuat konfransı keçiriləcəkdi. Hər şey hazır idi.
Ancaq o gecə saat 00:00-da İYİ Partiya Qərargahına - Meral Akşenerə Ərdoğandan bir telefon zəngi gəldi.
Onun tələbimi deyim, təlimatımı deyim, bilmirəm, ancaq dəqiq olan budur ki, o zəngdən sonra Akşener istefa verməkdən vaz keçdi.