Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Siyasi analitik Akşin Kərimov növbəti tədris ilindən UNEC-də İqtisadiyyat ixtisası üzrə ikinci ali təhsil alacağını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Akşin Kərimov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, siyasi analitika sahəsindəki fəaliyyəti ona beynəlxalq və siyasi proseslərin arxasında dayanan iqtisadi amillərin əhəmiyyətini daha aydın göstərib.
Akşin Kərimov siyasət və iqtisadiyyatın kəsişməsində baş verən prosesləri daha dərindən araşdırmaq məqsədilə UNEC-ə müraciət etdiyini qeyd edib.
“Əminəm ki, bu mənə siyasətlə iqtisadiyyatın kəsişməsindəki böyük mənzərəni görmək üçün yaxşı bir perspektiv qazandıracaq”, – deyə analitik vurğulayıb.
Əli Hüseynov