Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
İrandakı etirazlarda ölənlərin sayı 6 min 373 nəfərə çatıb.
Bakıvaxtı.az İran KİV-ə istinadən xəbər verir ki, məlumata görə, nümayişlər zamanı ümumilikdə 42 min 486 nəfər saxlanılıb.
Məlumata görə, toqquşmalarda həyatını itirənlər arasında 214 təhlükəsizlik əməkdaşı da var.
Maraqlıdır ki, kütləvi itkilər İranın daxili və xarici siyasətində kəskin dəyişiklik yarada bilərmi?
Mövzu ilə bağlı politoloq Taleh Əliyev öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
O bildirib ki, İranda davam edən iğtişaşlar fonunda rəsmi qurumlar tərəfindən ilk açıqlanan rəqəmlərdə öldürülən təhlükəsizlik xidmətinin əməkdaşlarının sayının 500 nəfər olduğu açıqlamışdı. Şübhəsiz ki, bu rəqəmlərin kiçidilmiş forması idi:
"Sosial şəbəkələrdə yayılan kadrlardan görünən odur ki, İrandakı iğtişaşların miqyası olduqca böyükdür. Ona görə də öldürülənlərin sayının çox olması gözləniləndir. Həlak olanlarla yanaşı, xeyli sayda insan yaralanıb, həbs olunub. Bu amillər İranda baş verən iğtişaşlarla bağlı beynəlxalq aləmin sərt reaksiya verməsinə səbəb olub".

Taleh Əliyev: İranda yaşanan son hadisələr hələlik məntiqi sona çatmayıb
T.Əliyevin sözlərinə görə, xüsusən də Qərb ölkələri İranda baş verən hadisələrə sərt reaksiya verib. Bu reaksiya onu deməyə əsas verir ki, İranda xalqla rejim arasındakı uçurum dərinləşəcək və sonda rejimə qarşı xalqın ayaqlanması yaşana bilər.
"Bundan əlavə, ABŞ və onun mütəffiqləri tərəfindən İranda mövcud rejimin devrilməsi istiqamətində hələ də müəyyən işlər aparılır. Trampın mövqeyi ondan ibarətdir ki, İran xalqı özünə yeni lider axtarmalıdır və bu prosesdə ABŞ-nin aktiv rolu olmalıdır. İranda yaşanan son hadisələr hələlik məntiqi sona çatmayıb. Əksinə hadisələrin daha dramatik vəziyyəti növbəti mərhələdə yaşana bilər", - deyə Taleh Əliyev əlavə edib.
Gülşən Şərif