Aksiyalar İspaniyaya çatdı Barselona bu gecə

25.10.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir neçə gündür Avropada keçirilən aksiyalar İspaniyaya çatıb. Bu dəfə etirazlar Barselonada keçirilib.

Axşam.az xəbər verir ki, şəhərin mərkəzində baş verən hadisələr zamanı 15-ə yaxın geyim və texnologiya mağazasının talan edildiyi bildirilir. Etirazçılar daş və şüşə butulkalar atıb, zibil konteynerlərini yandırıb, şəhər infrastrukturuna ziyan vurublar.

Aksiyanın səbəbi və iştirakçıların irəli sürdüyü tələblər dəqiq müəyyənləşməyib. Etirazların Fransada son həftələrdə keçirilən tələbə aksiyalarından təsirləndiyi ehtimal olunur.

Qeyd edək ki, etirazlar ilk olaraq Fransada başlayıb. Parisdə bir sıra brend mağazalar talan edilib. Daha sonra İtaliyanın Milan şəhərində də aksiyalar keçirilib. Gənclər qiymətlərin bahalığına və təhsilin səviyyəsinin aşağı olmasına etiraz ediblər.

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью