Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Oktyabrın 31-də Parisdə 40 metro stansiyası bağlanacaq.
“Qafqazinfo” xəbər verir ki, Paris Muxtar Nəqliyyat İdarəsi (RATP) bu qərarı polisin tələbləri və təhlükəsizlik mülahizələri ilə əsaslandıraraq elan edib.
Məhdudiyyətlər, artan yaşayış xərclərinə qarşı keçiriləcək kütləvi etiraz aksiyaları ərəfəsində tətbiq olunur.
Qeyd edək ki, Fransada artıq ardıcıl üçüncü şənbə günüdür ki, belə nümayişlər baş tutur. Həmkarlar ittifaqları və “Sarı jiletlilər” hərəkatının nümayəndələri insanları bu etiraz aksiyalarında iştirak etməyə çağırıblar.