Aktauda “AZAL” təyyarə qəzası üzrə araşdırma yekunlaşır

03.12.2025

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


2024-cü il dekabrın 25-də Aktau yaxınlığında "Azerbaijan Airlines" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırma yekunlaşmaq üzrədir.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həm hüquqi, həm də texniki istiqamətdə aparılan araşdırmaların nəticələri tezliklə ictimaiyyətə təqdim olunacaq:

"İstintaq iki paralel xətt üzrə davam edir - Baş Prokurorluq hadisədə cinayət tərkibinin olub-olmamasını araşdırır və Nəqliyyat Nazirliyi isə təyyarə qəzasının texniki səbəblərini müəyyənləşdirir. Nəqliyyat Nazirliyi araşdırmanı yekunlaşdırmağa yaxındır. Hazırda biz lisenziya verən qurumlardan, həmçinin texnologiya və aviasiya avadanlığı istehsalçılarından son rəy və sənədləri gözləyirik. Ümumilikdə, nazirlik araşdırmanı bu il və ya gələn ilin əvvəlində tamamlamağa hazırdır. Baş Prokurorluğun təhqiqatında da irəliləyiş var. Qonşu dövlətlərin rəhbərlərinin bu məsələ ilə bağlı verdiyi açıqlamaları gördünüz. Ümid edirik ki, gələn il bütün prosedurlar yekunlaşacaq".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью