Aktauda AZALa məxsus təyyarənin qəzası ilə bağlı Azərbaycanda da qaynar xətt açıldı

25.12.2024

Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.

Aktauda AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı Azərbaycanda da qaynar xətt açıldı

AZAL Bakı-Qroznı reysində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradıb.

Sonxeber.az Azərbaycan Hava Yollarının (AZAL) Mətbuat Xidmətinin məlumatına istinadən bildirir ki, vətəndaşlar (+994) 12 5048280, (+994) 12 5048202, (+994) 12 5048203 nömrələri vasitəsilə əlaqə saxlaya bilərlər.

12:30

Qazaxıstanda Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin "Embraer 190" təyyarəsində xəsarət alanlar və həlak olanlar haqqında məlumat almaq üçün qaynar xətlər açıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.

Bildirilib ki, qurumun Komanda Mərkəzində respublika əməliyyat qərargahı yaradılıb və burada qaynar xətt telefonu işləyir: 8-7172-55-96-21.

Aktau şəhərində: 8-7292-31-90-91.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью