Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
17–18 oktyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya Açıq Turniri keçiriləcək.
Beynəlxalq yarışda Azərbaycanı 11 çəki dərəcəsində 28 cüdoçu (7 qadın, 21 kişi) təmsil edəcək.
Kollektivə kişilərdən ibarət milli komandanın böyük məşqçisi Robert Kravçik və məşqçi Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.
Asiya Açıq Turnirində 7 ölkədən 230 idmançı mübarizə aparacaq.
Azərbaycan millisinin heyətini təqdim edirik:
Qadınlar: 52 kq - Fəridə Mirzəyeva, 57 kq-Gülnarə Bayramova, Ülviyyə Bayramova, 70 kq- Alina Kuqayeva, Südabə Ağayeva, 78 kq- Nərmin Əmirli, +78 kq-Madina Kaisinova.
Kişilər: 60 kq-Məhəmməd Rüstəmli, Babərahim Mirzəyev, Murad Əliyev, Fərid Qarayev, Kənan Hüseynov, Amin İsmayılov, 66 kq- Nazir Talıbov, Rəşad Yelkiyev, Zahir Ağazadə, Yaşar Nəcəfov, Kənan İsmayılov, 73 kq-Səlim Sultanov, Kamran Süleymanov, Rüfət Şövlətov, Nəriman Mirzəyev, 90 kq-Xəyyam Əliyev, Əli Qazıməmmədov, 100 kq- Canpolad Əliyev, Elmar Qasımov, +100 kq- Eldar Əliyev, Sübhan Axundov.
Qabil YUSİFOĞLU
XQ