Aktauda qəzaya düşən təyyarənin kapitanı İqor Kşnyakinin xatirəsi Bakıda ehtiramla yad olunur

27.12.2024

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AZAL-ın dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsi Bakıda ehtiramla yad olunur.

“Report”un məlumatına görə, böyük qəhrəmanlıq göstərərək çoxsaylı insan itkisinin qarşısını alan pilotun yaxınları, qonşuları və sakinlər onun Bakıda yaşadığı mənzilin qarşısına toplaşıblar.

Onlar İqor Kşnyakinin fotoşəkilinin önünə gül dəstələri düzür, xatirəsinə ehtiram nümayiş etdirirlər.

Sözügedən ünvana "Azərbaycan Hava Yolları" tərəfindən əklil də göndərilib.

Foto: Samirə Həsənova

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью