Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Aktauda təyyarə qəzası nəticəsində xəsarət alan 25 nəfər xəstəxanalara çatdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən RİA Novosti-yə verilib.
Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.
Bizim.Media