Aktauda təyyarədə həlak olan Balakən rayon sakini dəfn olunub

27.12.2024

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Balakən rayon sakini, 1998-ci il təvəllüdlü Ramazan Nərman oğlu Filiyevin nəşi ailəsinə təhvil verilib.
Reyting.az
Report-a istinadla xəbər verir ki, daha sonra onun nəşi rayonun Şərif kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində R.Filiyevin doğmaları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, R.Filliyev ailəli idi, 10 aylıq oğlu körpəsi var.
Qeyd edək ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakini olub, onlardan 10 nəfəri qəza zamanı həyatını itirib.

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью