Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq. Manqistau vilayətinin hakimi Nurdaulet Kılybayın dəvəti ilə tanınmış investor, "Sea Breez
AZXEBER.COM xəbər verir ki, səfərin məqsədi vilayətin turizm potensialı və böyük kurort kompleksinin tikintisi üçün əlverişli ərazilərlə tan
Hakim Emin Ağalarova "Kenderli” kurort zonası və Bozjıra kanyonunun turizm imkanlarını təqdim edib.
Bildirilib ki, 2025–2027-ci illərdə regionda 13 iri turizm layihəsi həyata keçiriləcək.
Kenderlidə 350 min turistin qəbulu üçün otellər, sanatoriyalar, akvapark və əyləncə obyektləri tikiləcək.
Həmçinin 16 ölkə və 7 şəhərlə aviauçuşları təmin edəcək yeni hava limanının tikintisi başlanıb.
Tərəflər potensial investisiya imkanlarını, "Sea Breeze”ə bənzər layihənin Kenderlidə gerçəkləşdirilməsini, türk xalqları arasında mədəni əməkdaşlıq və etnoturizmin inkişafı məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Aktau şəhəri 2025-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub və rəsmi açılış mərasimi 5 aprel tarixində keçirilib.