Aktaudakı qəzada həlak olan Cəlilabad sakini DƏFN EDİLDİ FOTO

27.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsində həlak olan 02.07 1997-ci il təvəllüdlü, Cəlilabad rayonu Mirzəli kənd sakini Qoşqar Furudin oğlu Sadıqovun nəşi Azərbaycana gətirildikdən sonra doğulduğu kənddə dəfn edilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı, Cəlilabad rayonun icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Lənkəran Hava Limanının rəhbər işçiləri, o cümlədən kənd ictimayyəti iştirak ediblər.
Mərhum kənd qəbristalığında dəfn edilib.






Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью