Aktaudakı qəzadan sonra Soçiyə uçuşları bərpa etdilər

02.01.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birləşmiş Ərəb Əmirliklərinin Flydubai dövlət aviaşirkəti yanvarın 3-dən Dubaydan Soçiyə birbaşa uçuşları bərpa edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Soçi hava limanı məlumat yayıb.

Bildirilib ki, “Boeing 737” ilə Dubaya həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri uçmaq mümkün olacaq. 

Aviadaşıyıcı Aktauda baş verən təyyarə qəzası fonunda dekabrın 28-dən yanvarın 5-dək Soçi və Mineralnıye Vodıdan Dubaya müntəzəm uçuşları dayandırdığını elan etmişdi. 

Ağarza Elçinoğlu


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью