Aktiv ƏDV ödəyicilərinin sayı açıqlandı

10.06.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin iyunun 1-nə Azərbvaycanda aktiv vergi ödəyicilərinin sayı 818,5 min nəfərə çatıb.

Bu barədə "Unikal" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ilin əvvəli ilə müqayisədə 1,4 faiz çoxdur.

Bundan başqa, cari ilin iyunun 1-nə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı isə 4,8 faiz artaraq 55,3 min təşkil edib.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 3,8 faiz artıb və 225,7 min olub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью