Aktivlər 22.5%, öhdəliklər 22.6% böyüdü

01.10.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rabitəbank ASC-nin 2026-cı ilin 2-ci rübünə olan faiz riski göstəriciləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ciddi artım nümayiş etdirib.

“Yeni Sabah” xəbər verir ki, faiz dərəcəsinə görə cəmi aktivlər illik müqayisədə 22.5% artaraq 996.37 milyon manatdan 1 milyard 220.90 milyon manata yüksəlib. Eyni dövrdə faiz dərəcəsinə həssas cəmi öhdəliklər də 22.6% çoxalaraq 834.41 milyon manatdan 1 milyard 22.84 milyon manata çatıb.

Nəticədə, bankın ümumi müsbət “Qəp” (Gap) göstəricisi 161.95 milyon manatdan 198.06 milyon manata qədər genişlənərək (+22.3%) maliyyə dayanıqlılığını qoruyub. Aktiv və öhdəliklərin tərkibində xüsusilə 24-36 ay müddətli resurslarda kəskin artım qeydə alınıb; aktivlər bu hissədə 85.01 milyon manatdan 256.23 milyon manata, öhdəliklər isə 22.19 milyon manatdan 54.82 milyon manata yüksəlib. Marqarita pizza


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью