Aktotı Raimkulova: Türk Mədəniyyəti və İrsi Fondunun təqdimatı təşkilatımız üçün mühüm mərhələdir

05.11.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 5 noyabr, Anara Axundova, AZƏRTAC

Səmərqənddə keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyasında Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının mədəni irsinin əzəmətini əks etdirən unikal layihələr təqdim edib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova AZƏRTAC-ın müxbirinə bu tədbirin Fondun fəaliyyəti üçün əhəmiyyətindən danışıb.

“UNESCO Baş Konfransının 43-cü sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun təqdimatı təşkilatımız üçün mühüm mərhələdir. Bu, pantürk mədəni irsinin qorunması, təşviqi və təbliği sahəsindəki səmərəli və zəngin işimizin tanınmasıdır. Bu, həm restavrasiya, həm nəşrlər, həm elmi tədqiqatlar, həm də təhsil proqramları sahəsində müxtəlif işdir. Bizim təqdimatımız dövlətlər səviyyəsində beynəlxalq təşkilatlar arasında unikallığı ilə seçilib. Bir çox insan təqdimatda iştirak etməkdə maraqlı olduğunu bildirib. Təşkilatımıza hərtərəfli dəstəyinə görə Azərbaycan Respublikasına minnətdarıq”, - deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью