Aktrisa Çimnazın ölümünün təfərrüatı FOTO

16.01.2025

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aktrisa Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alıb və orada vəfat edib.

Metbuat.az Bizim.media-ya istinadən xəbər verir ki, aktrisaya yaxın olan sənət dostları onun bir neçə aydır yaxınları, sənət yoldaşları ilə əlaqə yaratmadığını bildiriblər.

Həmçinin sənət yoldaşları xəstəliyini hamıdan gizlədən aktrisanın bir oğlunun olduğunu qeyd ediblər.

Xatırladaq ki, Çimnaz Sultanova Almaniyada Beynəlxalq iqtisadi əlaqələr fakültəsindən məzun olub. Dram dərnəyində aktyorluq sənəti üzrə və eyni zamanda vokal üzrə təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuyub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью