Aktrisa deputat təyin edildi

14.11.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriyalı aktrisa Rozina Lazkani ölkənin yeni parlamentinin üzvü seçilib.
Bizim.Media xəbər verir ki, prezident Əhməd əş-Şaraa onu parlamentə təyin edilən 70 deputatın siyahısına daxil edib.
Aktrisanın parlamentə üzv olması Suriya cəmiyyətində müzakirələrə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri onun həyat tərzini və ictimai imicini tənqid edib, digərləri isə bu təyinatı müxtəlif ictimai qrupların ölkə idarəçiliyinə cəlb edilməsi cəhdi kimi qiymətləndiriblər.
Bundan başqa, sosial şəbəkələrdə Əhməd əş-Şaraanın aktrisaya şəxsi rəğbət bəsləməsi ilə bağlı şayiələr də yayılıb.
Rozina Lazkani gənclərin və yaradıcı ictimaiyyətin maraqlarını təmsil etmək niyyətində olduğunu bildirib. Onun əsas prioritetləri arasında itkin düşmüş şəxslərin taleyi və müharibə zamanı həlak olanların ailələrinə dəstək məsələləri yer alır.
Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью