Aktrisa hökuməti məhkəməyə verdi

14.02.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Albaniya hökuməti "Diella" adı ilə tanınan süni intellekt (Sİ) - nazirin rəqəmsal obrazından istifadə hüququnu itirmək təhlükəsi ilə üzləşib. 

Virtual məmurun yaradılması zamanı səsi və zahiri görünüşü istifadə edilən aktrisa Anila Bişa məsələ ilə bağlı məhkəməyə müraciət edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

"Biz bu iddiaları tamamilə əsassız hesab etsək də, yaranmış vəziyyətin məhkəmə yolu ilə birdəfəlik həllini müsbət qiymətləndiririk", - deyə hökumətin mətbuat katibi Mancola Hasa bildirib.

İddiaçının mövqeyinə görə, dövlət qurumları ötən il başa çatan razılaşmanın müddəti bitdikdən sonra da onun obrazından istifadə etməyə davam ediblər. Aktrisa iddia edir ki, bu addımlar onun nüfuzuna ciddi zərər vurub.

O, məhkəmə prosesi yekunlaşana qədər xarici görünüşünün istifadəsinə qadağa qoyulmasını tələb edir. Xatırladaq ki, ötən ilin dekabrında Albaniyada dövlət idarəçiliyinə rəqəmsal texnologiyaların tətbiqi üzrə genişmiqyaslı eksperimentin gözlənilməz çətinliklərlə üzləşdiyi barədə məlumat yayılmışdı. Həmin vaxt ilk süni intellekt nazir "Diella"nın adının korrupsiya qalmaqalında hallandığı iddia edilirdi.

Bildirək ki, "Diella"nın dövlət satınalmalarına nəzarət edən nazir vəzifəsinə təyinatı 2025-ci il sentyabrın 11-də baş tutub. Bildirilirdi ki, süni intellektin fəaliyyətini təmin etmək məqsədilə tender prosedurlarının dürüstlüyünə və şəffaflığına nəzarət edəcək, neyroşəbəkələri müxtəlif dövlət qurumlarında tətbiq edəcək xüsusi idarənin yaradılması planlaşdırılır.

Albaniyanın Baş naziri Edi Rama oktyabrın 27-də bəyan etmişdi ki, "Diella" "övlad gözləyir" və onun virtual "nəsli" gələcəkdə dövlət qulluqçularına fəaliyyətlərində kömək edəcək.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью