Aktrisa Lidiya Fedoseyeva Şukşina vəfat edib

07.11.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Məhşur sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina 88 yaşında vəfat edib.

Bu barədə “MK” nəşri məlumat yayıb.

Lidiya Fedoseyeva-Şukşina 1938-ci il sentyabrın 25-də Leninqradda anadan olub. O, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib və karyerası ərzində onlarla filmdə rol alıb.

Aktrisa “Sverstnitsı”, “12 stul”, “Sən heç yuxuda da görməzdin...”, “Demidovlar”, “Vivat, qvardiyaçılar!” filmlərində və “Peterburq sirləri” serialında çəkilib.

Ona geniş şöhrət qazandıran ekran əsərləri həyat yoldaşı, yazıçı və rejissor Vasili Şukşinin filmləri — “Peçki-lavoçki” və “Kalina krasnaya” olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью