Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayevanın dəfn mərasiminin vaxtı və məkanı açıqlanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, mərhumun dəfn mərasimi yanvarın 25-də 12:00-da Suraxanı rayonu, Vahid Xəlilov küçəsi 23A ünvanında, Qış klubunun yaxınlığında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.
***
18:20
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə aktyor İlham Əsədov məlumat yayıb.
Onun sözlərinə görə, aktrisa bu gün axşam saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Allah rəhmət eləsin.