Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
Aktrisa Zülfiyyə Qurbanova yaşlı həmkarlarının bəzi fikirləri ilə razılaşmadığını bildirib.
Adalet.az bildirir ki, o, daha çox tanınmağı və təcrübəli olmağı yox, istedada dəyər verdiyini söyləyib:
“Mən həmişə stajı yox, istedadı daha üstün tutmuşam. “sənin yaşın qədər stajım var” cümləsini əsla qəbul etməmişəm. Mən nə edə bilərəm ki, filankəsdən 10-15 il sonra doğulmuşam. Bəlkə onunla eyni vaxtda doğulsam, ondan daha çox uğur qazanardım. Bu düşüncə normal düşüncə deyil. Sənin yaşın hələ azdır fikri ilə neçə- neçə mükafatlardan kənarda qalmışıq. Kiminsə 60-65 yaşının olması məndən və digər gənc həmkarlarımdan istedadlı olması anlamına gəlmir”.
Əntiqə