Aktrisa Ulduz Süleymanova vəfat edib

27.05.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktrisası, Prezident mükafatçısı Ulduz Süleymanova vəfat edib.

"Report"un yerli bürosunun məlumatına görə, o, 27 ildən artıq Naxçıvan Dövlət Kukla Teatrında fəaliyyət göstərirdi.

Ulduz Süleymanova gənc yaşlarından 100-dən artıq yaddaqalan obraza həyat verib. O, uzun illər səhnədə yaratdığı dolğun və rəngarəng obrazlarla tamaşaçıların sevgisini qazanıb, teatr sənətinin inkişafına öz töhfələrini verib. Aktrisanın səhnə mədəniyyəti, sənətə olan bağlılığı və peşəkarlığı həmkarları və yetişən gənc aktyorlar üçün də örnək olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью