Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aktrisa Zülfiyyə Qurbanova sosial mediada həmkarlarına söz atıb.
Axşam.az xəbər verir ki, sənətçi müsahibələrinin altında incəsənət adamlarının rəylərinin az olmasına münasibət bildirib. O, bunun heç kimə yaltaqlanmamasından qaynaqlandığını vurğulayıb.
“Harasa müsahibə verəndə və müsahibə paylaşılanda altında incəsənət adamlarından yazılan rəyi az görəndə düz cizgidə olduğuma bir daha əmin oluram. Bütün bunlar yaltaq olmamağın, işi xətrinə heç kimə şirinlik etməməyin nəticəsidir.
Mənə gələndə yarımmetrlik tərifləri heç kimin görmədiyi yerdə yazanlar başqalarının istedadsızlığına dastanlar döşəyirlər. Yaxşı olar, ürəyinizi sıxmayın” deyə, aktrisa qeyd edib.