Aktrisaların həyatından bəhs edən “Qırxdan sonra…” təqdim olundu | Icma.az
Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dekabrın 24-də Nizami Kino Mərkəzində “Qırxdan sonra…” qısametrajlı bədii filmin təqdimatı olub.
Teleqraf.com xəbər verir ki, filmin ssenari müəllifləri Saida Haqverdiyeva, Sevda Sultanova, rejissoru Saida Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğludur.
Əsas rolları Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva ifa edirlər.
Filmdə baş rolu ifa edən Zümrüd Qasımova bildirib ki, 40 yaş qadınlar üçün əsl əzaba çevrilir: “40-dan sonra həyat dəyişir, insanların sənə münasibəti dəyişir və əgər sənətdəsənsə bu daha da çətin hal alır.
Çünki sənə rol vermirlər. Aktrisaların ən birinci problemlərindən biri budur. Teatrda rollar daha gənc aktrisalara həvalə olunur.
Bu film Azərbaycan reallığında yaşayan və bu sənətdə olan aktrisaların həyatından bəhs edir.
Mənim filmdə yaratdığım obraz məişət problemləri ilə üz-üzə qalan baş rol üçün getdiyi kastinqdən gileyli qayıdan aktrisadır.
Tam oxu
Xəbəri oxu